Modern.az

Millimiz ilk dəfə Slovakiyanı məğlub etdi - YENİLƏNİB

Millimiz ilk dəfə Slovakiyanı məğlub etdi - YENİLƏNİB

Aktual

23 Sentyabr 2022, 00:35

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub.

 

Modern.az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Tarixində ilk dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

 

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.

 

***

23:30

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında matçda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Renat Dadaşov 44-cü dəqiqədə rəqibin qapısına yol tapıb.

 

Beləliklə, komandamız fasiləyə üstünlüklə yollanıb.

 

***

22:45

 

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan millilərinin görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

 

Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

 

Qeyd edək ki, bu qrupun digər oyununda Qazaxıstan evdə Belarusa 2:1 hesabı ilə qalib gələrək, sona bir tur qalmış B Liqasına vəsiqəni təmin edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu