Modern.az

XİN rəhbərləri Nyu-Yorkda görüşdülər

XİN rəhbərləri Nyu-Yorkda görüşdülər

Aktual

23 Sentyabr 2022, 08:36

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Serbiyanın xarici işlər naziri ilə Nikola Selakoviç ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə nazir Ceyhun Bayramov “Twitter“ hesabında paylaşım edib.

 

“Serbiyanın XİN rəhbəri Nikola Selakoviçlə görüşməkdən və Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik gündəliyində duran məsələləri müzakirə etməkdən məmnunam”, - deyə C.Bayramov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü