Modern.az

BMT Baş Assambleyasından Azərbaycana təşəkkür

BMT Baş Assambleyasından Azərbaycana təşəkkür

Aktual

23 Sentyabr 2022, 08:39

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə Tsaba Körösi özünün “Twitter” hesabında paylaşım edib.

 

O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

 

Körösi, həmçinin vurğulayıb ki, görüşdə regionda və ondan kənarda sülh, təhlükəsizlik, ərzaq və enerji məsələləri müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI