Modern.az

Meymunçiçəyinə yoluxanların sayı 62 mini ötüb

Meymunçiçəyinə yoluxanların sayı 62 mini ötüb

Aktual

23 Sentyabr 2022, 08:50

Bu ilin yanvar ayından bəri dünyada meymunçiçəyinə yoluxanların sayı 62 mini keçib, 23 nəfər isə dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

Onun sözlərinə görə, həftəlik qeydə alınan halların sayı azalır, bu da ümidləndirici tendensiyadır. Qebreyesus, həmçinin dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizəni effektivliyini sübuta yetirən vasitələrlə davam etdirməyə çağırıb.

 

Sentyabrın 12-dən 18-dək dünyada 3794 yeni meymunçiçəyi halı qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 22% azalma deməkdir. Ötən həftə ən böyük azalma Avropa regionunda (mənfi 81%) və Amerikada (mənfi 42%) qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü