Modern.az

II Qaregin Ermənistanın eks-prezidentlərini görüşdürdü

II Qaregin Ermənistanın eks-prezidentlərini görüşdürdü

Aktual

23 Sentyabr 2022, 09:36

Ermənistanın üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında deyilir. Eks-prezidentlərin görüşü dünən  Eçmiədzin Kilsəsində təşkil olunub.

Məlumata görə, görüşdə Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyan da iştirak edib.

Sabiqlər “Ermənistanın hazırkı çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı” mövzusunu müzakirə ediblər.

Erməni KİV-lərində qapalı görüşün geniş təfərrüatı barədə məlumat verilmir. Görüşlərin davam etdirilməsi qərara alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu