Modern.az

Qazaxıstanlı nümayəndələr Hərbi Polis İdarəsində olublar

Qazaxıstanlı nümayəndələr Hərbi Polis İdarəsində olublar

Aktual

23 Sentyabr 2022, 09:28

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

 

Bu barədə Modern.az Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.


Sonra qonaqlara Hərbi Polis İdarəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

 

Qazaxıstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.Daha sonra nümayəndələr Hərbi Polis İdarəsinin ərazisi, avtomobil parkı və yeməkxana ilə tanış olublar.

 

Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir