Modern.az

“Onlar heç zaman unudulmayacaq” - Deputat Anım günündən danışdı

“Onlar heç zaman unudulmayacaq” - Deputat Anım günündən danışdı

Aktual

23 Sentyabr 2022, 09:52

“Uzun illər ərzində ermənilər tərəfindən azərbaycanlılara və milli-mədəni abidələrimizə qarşı vandalizm aktları törədilib. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən əsas hədəflərindən biri bu vəhşiliklərə son qoymaq və Qarabağ məsələsinin həll edilməsi idi. Cənab Prezident xalqın birliyi, öz uğurlu siyasəti və ordumuzun gücü sayəsində həmin məqsədinə çata bildi”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov 27 sentyabr Anım günü ilə bağlı danışarkən bildirib.
 

“27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək.

 

Hələ daha öncədən Heydər Əliyevin idarəetməsi dövründə Azərbaycanda ordu quruculuğu məsələlərinə xüsusi diqqət ayrılırdı. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq Heydər Əliyevi bütün həyatı boyu fərqləndirirdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində I Qarabağ müharibəsindən sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndirildi. Ümummilli liderimiz dərin zəkası, bilik və bacarığı ilə ölkəmizi qarşılaşdığı ağır və sərt sınaqlardan üzüağ çıxarmağı bacardı.


Bugünkü müstəqil, inkişaf etmiş, azad Azərbaycan Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə, xalqımıza göstərdiyi qayğının nəticəsində formalaşıb. Azərbaycanda Ordu quruculuğu böyük inkişaf yolu keçib. 30 il əvvəl ölkəmizdə nizami ordu yox idi, lakin hal-hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır”, - C.Məmmədov deyib.


Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurverici hadisədir.
 

“Son 30 il ərzində Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. İşğal edilmiş ərazilərdə etnik təmizləmə aparılmasına, dini, tarixi, mədəni abidələrin dağıdılmasına, yaşayış məntəqlərinin viran edilməsinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar göstərilməmişdi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi, lakin bu təzyiqlər reallaşmamışdı.

 

Bütün bunların nəticəsində 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrinin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

 

Bu Zəfərdə payı olan bütün əsgərlərimiz, zabitlərimiz bizim qürur yerimizdir. Bizə bu zəfəri bəxş edən şəhidlərimiz daima qəlbimizdə yaşayacaq, onlar heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü