Modern.az

Fəhlə hündürlükdən yıxılıb öldü

Fəhlə hündürlükdən yıxılıb öldü

23 Sentyabr 2022, 10:35

Sentyabrın 22-i saat 8 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər  prokurorluğuna məlumat daxil olub.


Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal  Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılıb.

 

Nəticədə fəhlə almış olduğu xəsarətlərdən ölüb.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI