Modern.az

Özbəkistan “Mir” kartlarının xidmətini dayandırdı

Özbəkistan “Mir” kartlarının xidmətini dayandırdı

Aktual

23 Sentyabr 2022, 11:22

Özbəkistanda sentyabrın 23-dən “Mir” kartlarının xidməti texniki səbəblərdən dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə UZCARD Vahid Respublika Prosessinq Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

 

“UZCARD ödəniş sisteminin iştirakçısı tərəfindən zəruri texniki prosedurların həyata keçirilməsi ilə əlaqədar 23 sentyabr 2022-ci il saat 9:00-dan etibarən UZCARD infrastrukturunda “Mir” kartlarının xidməti dayandırılır. UZCARD - “Mir” birgə nişanlı kartların xaricdə fəaliyyəti də dayandırılıb”, - rəsmi məlumatda deyilir.

 

Qeyd edək ki, son bir neçə gündə ABŞ-ın sanksiyaları təhlükəsi ilə əlaqədar Türkiyə və Vyetnam bankları bu kartlara xidmətin dayandırıldığını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü