Modern.az

Antalya aeroportunda rus turistlər arasında İNSİDENT

Antalya aeroportunda rus turistlər arasında İNSİDENT

Aktual

23 Sentyabr 2022, 11:47

Antalya hava limanında Moskvaya uçmalı olan rusiyalı turistlər arasında dava olub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, insidentdən sonra Antalya-Moskva reysi ilə uçmalı olan 20-dən çox rusiyalı sərnişin heç bir izahat verilmədən təyyarəyə buraxılmayıb.

 

Bildirilib ki, hələlik davanın dəqiq səbəbləri məlum deyil, hüquq-mühafizə orqanları hazırda hadisənin başvermə şəraitini araşdırır.

 

Rusiyaya uça bilməyən insident iştirakçılarının hamısı otelə qaytarılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI