Modern.az

UNEC ilə Müdafiə Nazirliyi arasında memorandum imzalandı

UNEC ilə Müdafiə Nazirliyi arasında memorandum imzalandı

Aktual

23 Sentyabr 2022, 11:54

UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.

 

Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda çalışan və təcrübə keçən UNEC-in  tələbə və məzunları ilə görüşən rektor professor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.

 

Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. UNEC rektoru professor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi,  elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar