Modern.az

Kəsərli söz, ədalətli hökm haqq qazandırır

Kəsərli söz, ədalətli hökm haqq qazandırır

Aktual

23 Sentyabr 2022, 13:04

İki əsrin şərikli bir ömrünü yaşayan siyasi təfəkkürü, əyilməz mövqeyi ilə liderlik zirvəsinə ucalan Ulu öndər Heydər Əliyev, Bizə  müasir, müstəqil bir Azərbaycan və Azərbaycana dəmir iradəli, dərin zəkalı, özünə layiq davamçı olan cənab İlham Əliyevi sərkərdə bir oğul kimi vermişdir.

 

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev də bu gün Ulu Öndərin ideyalarına və  xalqına arxalanaraq Vətəninin, dövlətinin xilaskarı kimi şöhrət qazanmış və çox böyük uğurlarla Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında söz sahibidir.

 

Bu, Azərbaycanın bəşəri inkişaf yolunun davamıdır. Özülü Ulu Öndəriniz tərəfindən qoyulmuş bu yolun sükanı cənab İlham Əliyevin əlindədir. Bu siyasət çarxı böyük məharətlə idarə olunur və uğurlarımız dünyəvi bir təcrübəyə çevrilmişdir.

 

Azərbaycanın son onilliklərdəki siyasi, iqtisadi və hərbi inkişafı regionda dan ulduzu kimi parıldayır.
Havadarlarının tikəsi və buyruq çubuğunun dalınca qaçan vandal ermənilərlə torpaqlarımızı işğaldan azad etmək uğrunda öz gücümüzlə apardığımız “Qırx dörd günlük ikinci Vətən müharibəsi”, misilsiz sücayətimiz “Zəfər yürüşü”, “Qisas əməliyyatı”, “Yeddi saatlıq” son nəaliyyətlərimiz tarixi qələbə kimi bunun brilyant nümunəsidir.

 

Cənab Prezidentin müdrik siyasəti, səbri, təmkini və ordumuzun gücü “Dəmir yumruğun” zərbəsini “birə-yüz” artırdı. Tökülən şəhid (Allah hamısına rəhmət eləsin) qanı, qol-qıçını itirən qorxmaz qazi cəsarəti və haqqına atılan mərmilərimiz düşmən qisasının birə-min əvəzini verdi. Çünki bu haqq savaşıydı.
Düşmənin bircə əlacı qalıb; - hamının qarşısında əyilən başını bizim qarşımızda bir də əysin, taqətsiz dizini büküb bir də yalvarsın, sülh müqaviləsinə qol çəkib, canlarını qurtarsınlar. Bu, hamımızın sevinci və son gözləntisidir.

 

Çox təəssüf ki, bu sevinclərə kölgə salanlar, nankorlar, gözgötürməyənlər də var. Bir xalq deyimi var: “Yaxşı köhlən namərdə yedək verməz”. Görünür bunlar yedəyini verib yedəyə gedən “yazıqlardır”. Düşünsünlər ki, ordan qopanda, bu vətən torpağı onlara bir qarışını qıymaz, heç halal da olmaz. Nə qədər gec deyil ayılıb, uğurlara sevinsinlər, heç kimin dəyirmanına üsküklə su daşımasınlar, bunun əvəzi onlara batmanla qaytarılar.
Bir ağsaqqal kimi mənim, Haqdan qaçan bütün yaşlılara , cavanlara tövsiyyəm odur ki, Möhtərəm Prezidentimiz ətrafında daha sıx birləşək, dövlətə, Dözlətçiliyə sadiq olaq, gənclərimiz vətənpərvər ruhda böyüsünlər. Bu düz yol onların, bu Vətən onların, xoş gələcək onlarındır!

 

Şəhid qanı tökülmüş Vətən torpağına ağ üz, saf ürəklə qayıdaq.

 

Qarabağ Azərbaycandır!

 

Vəliyəddin İsmayılov
“Dövlət qulluğu” təqaüdçüsü
Kəlbəcər rayon Ağsaqqallar Şurasının üzvü, Partiya veteranı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır