Modern.az

Toyota Rusiyadakı zavodunu bağlayır

Toyota Rusiyadakı zavodunu bağlayır

Aktual

23 Sentyabr 2022, 13:56

Toyota şirkəti Rusiyada istehsalını dayandırır.

 

Modern.az xəbər verir kli, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra avtomobil istehsalçısının Şuşarıdakı zavodu maddi-texniki təchizatla bağlı çətinliklərə görə işi dayandırıb.

 

Hazırkı qərar çatdırılmaların bərpa oluna bilməməsi ilə bağlıdır. Bundan əlavə, Rusiya Federasiyasına markalı avtomobillərin idxalı da dayandırılıb.

 

Məlumata görə, şirkət Moskva ofisinin fəaliyyətini optimallaşdırır. Mənbələrin fikrincə, şirkət həm zavodun, həm də ofisin işçiləri ilə normal qaydalar çərçivəsində yollarını ayırmaq istəyir. Belə ki, onlara artan ödənişlər təklif olunacaq. 

 

Xatırladaq ki, Toyota Rusiyada 2007-ci ildə fəaliyyətə başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!