Modern.az

Kamran Əliyev 3 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

Kamran Əliyev 3 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

Aktual

23 Sentyabr 2022, 14:24

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış bir neçə prokuror təqaüdə göndərilib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan bildirilib.

 

Qeyd olunub ki, dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilib.

 

Bununla əlaqədar Baş prokuror Kamran Əliyev 23 sentyabr 2022-ci ildə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib və onlara hədiyyələr verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır