Modern.az

Azərbaycanlı biznesmen Gürcüstanda öldürüldü

Azərbaycanlı biznesmen Gürcüstanda öldürüldü

23 Sentyabr 2022, 14:54

İki gün əvvəl Gürcüstanın Saqareco (Qaraçöp) rayonunun Keşəli kəndində yaşayan azərbaycanlı iş adamı, 1986-cı il təvəllüdlü Həmzəyev Aydın Hacı oğlu qətlə yetirilib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, yaşadığı kənddə naməlum şəxs və ya şəxslər tərəfindən güllələnərək öldürülüb.

 

Biznes fəaliyyəti ilə məşğul olan 36 yaşlı azərbaycanlının hansı səbəbdən qətlə yetirilməsi məlum deyil. Faktla bağlı yerli istintaq idarəsində cinayət işi başlanılıb.

 

Qeyd edək ki, mərhumun yaxınları qətlin quldurluq (zorla pul tələbetmə) və ya qohumlar arasındakı qısqanclıq münasibətinə görə baş verdiyini ehtimal edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər