Yaqub Eyyubov Moskvada Paşinyanın müavini ilə söhbət etdi

Yaqub Eyyubov Moskvada Paşinyanın müavini ilə söhbət etdi

Aktual

23 Sentyabr 2022, 14:50

Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ayaqüstü söhbət ediblər.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Yaqub Eyyubov və Mqer Qriqoryanın söhbəti Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində baş tutub.

 

MDB İqtisadiyyat Şurasının məhdud formatda keçirilən iclasından sonra fasilə zamanı Yaqub Eyyubov və Mqer Qriqoryan təxminən 4 dəqiqə ayaqüstü söhbət aparıblar.

 

Daha sonra Baş nazir müavinləri MDB İqtisadiyyat Şurasının geniş tərkibdə iclasında iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü