Modern.az

Azərbaycanla İsrail arasında yeni saziş TƏSDİQLƏNƏCƏK

Azərbaycanla İsrail arasında yeni saziş TƏSDİQLƏNƏCƏK

Aktual

23 Sentyabr 2022, 15:14

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

 

Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

 

Müzakirələrdən sonra sənəd plenar iclasa tövsiyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu