Modern.az

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi

Aktual

23 Sentyabr 2022, 16:18

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov bildirib.

 

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: "Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir".

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir