Modern.az

Daha 214 nəfər COVID-19-a yoluxdu

Daha 214 nəfər COVID-19-a yoluxdu

23 Sentyabr 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1401 aktiv xəstə var. Bu günə qədər 9902 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2728, ümumilikdə isə 7 231 342 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?