Modern.az

Son sutkada 709 nəfərə vaksin vurulub

Son sutkada 709 nəfərə vaksin vurulub

Aktual

23 Sentyabr 2022, 16:34

Azərbaycanda son gündə koronavirus əleyhinə 709 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 364, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

 

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 884 943 təşkil edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi