Arxiv
23 Sentyabr 2022, 16:10 | AKTUAL
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi  Ülvi Bünyadzadənin anadan olmasının 53-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Ülvi Bünyadzadənin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla Ülvi Bünyadzadə haqqında xatirələrini bölüşüb, onu yüksək mədəniyyətə malik vətənpərvər tələbə kimi xatırlayıb:

 

“Mən Ülvini şəxsən tanıyırdım. Ona dərs demişəm. Ülvi mədəni, həssas, nəcib, sadə, təmkinli və vətənpərvər  insan idi. O, vətənimizin gələcəyinə inanan şəxs kimi bu yolda öz həyatını qurban verdi, qəhrəman kimi əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin! İnanıram ki, onun ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan Ülvinin arzuladığı Azərbaycandır. Prezident cənab İlham Əliyev böyük cəsarətlə, ləyaqətlə Azərbaycanı xoşbəxt gələcəyə doğru  aparır. Biz öz gücümüzü addım-addım ermənilərə sübut edirik. Prezidentimiz diplomatik yolla bütün dünya qarşısında Qarabağ problemini bəyan edir, Azərbaycan  həqiqətlərini  dünyaya çatdırır,  ordumuz isə cəbhədə öz sözünü deyir. İndi bizim üçün sınaq dövrüdür. Biz bu gün prezidentimizin  ətrafında sıx birləşmişik. Olduğumuz mövqedən asılı olmayaraq, lazım gələrsə, canımızı da bu yolda fəda etməyə hazırıq. Ülvinin və bütün şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.”  

 

Ülvi Bünyadazadənin bacısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə anım tədbiri üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, qardaşı haqqında xatirələrini bölüşüb:

 

“Filosoflardan biri deyib ki, nə qədər insan kiminsə yadındadır, deməli o, sağdır. Ülvi də bu universitetin, kollektivin, rəhbərliyin, eyni zamnada ustadı Kamal Abdullanın və gənclərin  yadındadır. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm”.

 

Tədbir zamanı universitetin Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, professor Əsgər Zeynalov və Ülvi Bünyadzadənin tələbə yoldaşı, universitetin əməkdaşı Gözəl Məmmədova Ülvi Bünyadzadənin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə ediblər.

 

Qeyd edilib ki, o, 1990-cı ildə tariximizə yazılan 20 Yanvar gecəsində ölkəsinin azadlığı, xalqının dincliyi uğrunda şəhid olan gənclərdən biri idi. Əlaçı tələbə olmaqla yanaşı, həm də vətənpərvər gənc idi. 

 

Daha sonra ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər.   

 

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən  qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s... şeirlərin müəllifidir. Ölümündən sonra ona "20 Yanvar şəhidi" fəxri adı verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50