Modern.az

Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - Kreml

Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - Kreml

23 Sentyabr 2022, 17:16

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib ki, Kreml öz günahı olmadan nüvə raketlərindən istifadə risklərini minimuma endirmək üçün hər şeyi edir.


Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Venediktov bunu cümə günü Kuba raket böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda deyib.
 

“SSRİ ilə ABŞ arasında qarşıdurma başa çatdıqdan sonra keçmiş kimi görünən nüvə təhlükəsi üfüqdə yenidən peyda olub. Qeyd edirəm ki, bu, heç bir halda Rusiyanın günahı deyil”.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!