İranda hakimiyyətə dəstək aksiyaları keçirilib

İranda hakimiyyətə dəstək aksiyaları keçirilib

23 Sentyabr 2022, 17:20

İranın paytaxtı Tehranda hakimiyyətə dəstək mitinqləri keçirilib.


Modern.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, cümə namazından sonra aksiyaya çıxanlar ölkədə xaricdən təşkil olunmuş iğtişaşları pislədiklərini bəyan ediblər.


Yürüş iştirakçıları indiyədək bir neçə təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnmiş iğtişaşların zorakı hərəkətlərinə qəzəbləndiklərini bildiriblər.


Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. 


Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib.


Aksiyalar Tehran, Pave, Bane, Mehabad, Rəşt şəhərlərində davam etdirilir. 
 

Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şahramanyan tutuldu-Araiki ÖMÜRLÜK həbs cəzası gözləyir