Arxiv
23 Sentyabr 2022, 17:32 | AKTUAL
“Güzəştli mənzil” sisteminə kiberhücumun DETALLARI
“Güzəştli mənzil” sisteminə kiberhücumun DETALLARI

Dövlət Təhlükəsizliyi Xidməti, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair birgə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb.

 

İbtidai istintaqla müəyyən edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün “Güzəştli mənzil” sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılmış, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılıb.

 

Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülüb, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.

 

“Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınıb, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında “Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım” sorğuları ünvanlanıb, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.

 

Eyni zamanda qeyd edilib ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülüb.

 

Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50