Arxiv
23 Sentyabr 2022, 17:59 | AKTUAL
Azay Quliyev Helsinkidə ATƏT-i tənqid etdi
Azay Quliyev Helsinkidə ATƏT-i tənqid etdi

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə "Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu" mövzusunda keçirilən seminarda iştirak edən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya komitəsinin sədri Azay Quliyev çıxış edib.

 

Modern.az-ın məlumatına görə, Azay Quliyev çıxışında ATƏT-i tənqid edib. O, bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının əsas səbəblərindən biri ikili standartlar və selektiv yanaşmalardır:

 

"Azərbaycanın təcrübəsinə söykənərək deyə bilərəm ki, bu ikili yanaşma, xüsusilə, Ermənistan və Azərbaycan arasında keçmiş münaqişənin həllində özünü göstərdi. Belə ki, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu bir tərəfdən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalın qanunsuz nəticələrini legitimləşdirməyə çalışdı, digər tərəfdən işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamağa nail oldu. Lakin, Azərbaycan 2020-ci ildə təkbaşına TŞ qətnamələrini icra etdi, münaqişəni hərbi-siyasi yolla həll etdi".


Azay Quliyev daha sonra Ermənistanın sentabrın 12-14 də Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb:

 

"Azərbaycan Ermənistanın təxribatına baxmayaraq, "Brüssel Sülh Gündəliyi"nə sadiqdir və Ermənistanla qısa müddət ərzində sülh  sazişi imzalamağa hazırdır. 31 avqustda Şarl Mişelin vasitəçiliyi ilə keçən Azərbaycan və Ermənistan liderlərinin görüşündə sülh sazişinin hazırlanması barədə mühüm razılıq əldə olunmuşdu. Sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin ilkin mətnini hazırlamaq məqsədilə görüşməli idilər. Azərbaycan münasibətlərin normallamasına əlavə töhvə vermək üçün sentyabrın əvvəlində cinayət törətmiş və məhkəmənin hökmü ilə məhkum olunmuş 5 erməni hərbiçisini Ermənistana təhvil verdi. Ancaq, təəssüf ki, Ermənistanın ölkəmizin bu, xoş niyyətinə və siyasi jestinə sentyabrın 12-də Azərbaycana hücum etməklə cavab verdi. Bundan başqa, Ermənistan tərk etdiyi Laçın və ətraf ərazilərə minlərlə yeni mina basdıraraq növbəti dəfə hərbi cinayət törətdi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan nə Azərbaycanla qalıcı sülhə nail olmaqda, nə də 2020-ci ilin noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil. Buna baxmayaraq, hesab edirəm ki, Brüssel danışıqlar formatı hələlik ən uğurlu formatdır, ATƏT və beynəlxalq təşkilatlar Brüssel sülh gündəliyini dəstəkləməlidir".


Azay Quliyev, eyni zamanda bildirib ki, qlobal təhlükəsizliyi təmin etmək üçün BMT TŞ-da ciddi islahatlar aparılmalı, qurumun daimi üzvlərinin sayı artırılmalı və coğrafi balans təmin olunmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistanda xaos - Onlar VƏZİFƏDƏN GEDİR
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edib 01:00, Bu gün Bakıda piyadanı 3 maşın vurub öldürdü 00:34, Bu gün Üçtərəfli telefon danışığının DETALLARI – Bu məsələdə razılaşdılar 00:20, Bu gün Yermakdan Türkiyə açıqlaması: “Səbirsizliklə gözləyirik” 00:15, Bu gün Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski 00:11, Bu gün Bayden Ukraynaya yeni hərbi yardım ayırdı 00:08, Bu gün Qrossi Moskva və Kiyevə səfər edəcək  4 Oktyabr 2022, 23:55 Mehriban Əliyeva Ağdamdan paylaşım etdi  4 Oktyabr 2022, 23:46 Blinken, Bayramov və Mirzoyan sülh müqaviləsindən danışdılar 4 Oktyabr 2022, 23:34 “Bizim adımızdan azərbaycanlı qardaşlarımız danışır- Şentop 4 Oktyabr 2022, 23:22 İlham Əliyev və birinci xanımın Ağdam səfərindən FOTOLAR 4 Oktyabr 2022, 23:20 Sahibə Qafarova İndoneziyada səfərdədir 4 Oktyabr 2022, 23:01 Paşinyan əsirlərin qaytarılmasına görə ABŞ-a təşəkkür etdi 4 Oktyabr 2022, 22:47 Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü 4 Oktyabr 2022, 22:36 Boksçularımız Avropada 5 medal qazandı  4 Oktyabr 2022, 22:22 Azərbaycanlı qadın Türkiyədə intihar edib - FOTO 4 Oktyabr 2022, 22:20 Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub 4 Oktyabr 2022, 22:15 Bayden Zelenski ilə danışdı: İlhaqı tanımırıq 4 Oktyabr 2022, 22:02 Binəli Yıldırım koronavirusa yoluxdu  4 Oktyabr 2022, 21:56 Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı 4 Oktyabr 2022, 21:30 Ermənistana təhvil verilən hərbçilərin ADLARI 4 Oktyabr 2022, 21:18 Prezidentlə xanımı Sarıcalı kəndinin təməlini qoydular - YENİLƏNİB 4 Oktyabr 2022, 21:16 Putin Tacikistan liderini təltif etdi  4 Oktyabr 2022, 21:12 Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi TİKİLİR 4 Oktyabr 2022, 21:00 AZAL Səmərqəndə uçuşlara başlayır  4 Oktyabr 2022, 20:56 Leyla Abdullayevadan Edilli ilə bağlı PAYLAŞIM  4 Oktyabr 2022, 20:44 Ağdamda yeni yaşayış məhəlləsinin təməli qoyuldu - YENİLƏNİB 4 Oktyabr 2022, 20:33 Prezident və xanımı Pənahəli xanın sarayında - FOTOLAR 4 Oktyabr 2022, 20:19 Ağdamda Natəvanın abidəsinin açılışı olub - YENİLƏNİB  4 Oktyabr 2022, 20:16 "Qoyun cəsədi üzərində eksperiment aparılıb" - Nərmin işi 4 Oktyabr 2022, 20:01 Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə BAŞLADI 4 Oktyabr 2022, 19:50 Ağdamda mehmanxana tikilir - YENİLƏNİB 4 Oktyabr 2022, 19:43 Finlandiyada Leninin sonuncu heykəli söküldü  4 Oktyabr 2022, 19:38 Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu  4 Oktyabr 2022, 19:25 Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı 4 Oktyabr 2022, 19:20 Deputat Jalə Əhmədovanın ailəsində ağır itki 4 Oktyabr 2022, 19:15 Hulusi Akar Azərbaycanda təltif olundu 4 Oktyabr 2022, 19:03 “Azercell Tələbə Təqaüdü 2023” proqramını elan edir 4 Oktyabr 2022, 18:57 Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı 4 Oktyabr 2022, 18:50