Arxiv
23 Sentyabr 2022, 20:23 | AKTUAL
Təxribatlara baxmayaraq, Azərbaycan sülh səylərini davam etdirəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürdüyü, BMT-nin işinə böyük töhfələr verdiyi, BMT-nin mötəbər qurumlarında üzvlüyü, Qoşulmama Hərəkatında sədr qismində fəalliyyətini diqqətə çatdırıb. BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlər və müzakirələr xatırlanıb. BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, gündəlikdə duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal surətdə iştirak etdiyini vurğulayıb.

 

Nazir Ceyhun Bayramov BA Prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

 

BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. Ksaba Korosi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

 

BMT Baş Assambleyası Prezidenti post-münaqişə dövründə Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib. Bununla yanaşı, bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğu, çətinliklərin siyasi müstəvidə həllinin vacib olduğunu diqqətə çatdırıb. O, BMT-nin minasızlaşdırma fəaliyyəti sahəsində geniş imkanlarının olduğunu nəzərə alaraq, ərazilərimizin minalardan təmizlənməsi sahəsində birgə fəaliyyətin zəruriliyini qeyd edib.

 

Tərəflər, Baş Assambleya sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqtisadi dayanıqlılıq və maliyyə restrukturizasiyası və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ermənistan KTMT-dən çıxır
2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37 Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək  1 Oktyabr 2022, 18:33 Rusiya Liman şəhərindən geri çəkildiyini bəyan etdi 1 Oktyabr 2022, 18:14 Dünyanın ən qeyri-adi şairi - 74 yaşlı Vaqif Bayatlı 1 Oktyabr 2022, 18:09