Modern.az

Parisdə ermənilər növbəti təxribata əl atdı - VİDEO

Parisdə ermənilər növbəti təxribata əl atdı - VİDEO

23 Sentyabr 2022, 22:25

Fransada bir qrup erməni Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

 

Ermənilər mədəniyyət mərkəzinin binasına yalnız rəngli boya atmağa nail olublar. Polis təxribatçıları hadisə yerindən uzaqlaşdırıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub.

 

Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər.

 

Qonaqlar və işçilər arasında xəsarət alan olmayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı