Modern.az

Ukraynalılar ruslardan gürcülərin İNTİQAMINI ALDI 

Ukraynalılar ruslardan gürcülərin İNTİQAMINI ALDI 

Aktual

25 Sentyabr 2022, 09:26

"2008-ci ildə Gürcüstana daxil olan 58-ci ordu ukraynalılar tərəfindən tamamilə məhv edilib və Rusiya rəhbərliyi onun buraxıldığını elan edib".

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabı vasitəsilə paylaşım edib.

 

Onun sözlərinə görə, rus hərbi dəstələri Moskvadan geri çəkilmək əmri istəyir.

 

“Hətta Xerson olmasa belə, rus qruplaşması praktiki olaraq parçalanıb və Moskvadan geri çəkilmək üçün əmr istəyir. Buna baxmayaraq, Putinin sona qədər dayanmaq əmri var. Bu istər-istəməz minlərlə şəxsin, həmçinin texnikanın ələ keçirilməsinə və Rusiyanın Xarkovdan daha geniş miqyaslı məğlubiyyətinə gətirib çıxaracaq”, - deyə Saakaşvili qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI