Modern.az

Goranboyda elektrik enerjisinin verilişi bərpa olundu

Goranboyda elektrik enerjisinin verilişi bərpa olundu

25 Sentyabr 2022, 10:26

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.

 

"Azərişıq" ASC-dən Modern.az-a bildirilib ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib.

 

Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam rayonun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var