Modern.az

Dəhşətli qəza: Bir ailənin 6 üzvü öldü

Dəhşətli qəza: Bir ailənin 6 üzvü öldü

Aktual

25 Sentyabr 2022, 18:29

Misirin Qahirə-Assuit magistralında dəhşətli qəza baş verib.

 

Modern.az xəbər verir ki, yol qəzasında ikisi uşaq olmaqla, bir ailənin 6 üzvü həlak olub.

 

Məlumata görə, iki mikroavtobusun toqquşması nəticəsində daha 12 nəfər yaralanıb. Yaralılar Əl-Minya Universitetinin xəstəxanasına çatdırılıb.

 

Misir prokurorluğu qəza ilə bağlı təhqiqat aparır. Hadisənin nəqliyyat vasitələrinin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi