Modern.az

Deputatlar Rumıniyaya gedirlər

Deputatlar Rumıniyaya gedirlər

Aktual

26 Sentyabr 2022, 11:03

Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.

 

Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

 

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.

 

Səfər sentyabrın 29-da başa çatacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI