Modern.az

Məktəbə silahlı hücum terror aktı ELAN EDİLDİ

Məktəbə silahlı hücum terror aktı ELAN EDİLDİ

26 Sentyabr 2022, 14:34

Rusiyanın İjevsk şəhərində orta məktəbə silahlı hücum terror aktıdır.

 

Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

"Prezident Vladimir Putinin hadisədən xəbəri var, baş verənlər sadəcə kədərlidir. Qeyri-insani hadisə Rusiyaya qarşı terror aktıdır. Hadisə ilə bağlı araşdırma aparılır, matəm elan olunub”,-  deyə Peskov vurğulayıb.

 

Xatırladaq ki, bu gün Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 13 nəfər ölüb. Onlardan 7-si məktəblidir. Bundan əlavə, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb.

 

Hadisə ilə əlaqədar regionda matəm elan edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi