Modern.az

Azərbaycanda Rusiya universitetlərinin filialları açılacaq

Azərbaycanda Rusiya universitetlərinin filialları açılacaq

Aktual

26 Sentyabr 2022, 16:40

"İndi Azərbaycanda Rusiyanın təhsil standartlarına uyğun məktəbin yaradılması, Rusiya universitetlərinin filiallarının açılması ilə bağlı müzakirələr gedir”.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

 

“Bütün bu mədəni hadisələr əlaqələrimizi daha da gücləndirir. Azərbaycanda 347 məktəbdə rus dilində tədris var”,- Duma sədri deyib.

 

O, həmçinin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.

 

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib. O, səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirib.

 

Həmçinin oxuyun:

Sahibə Qafarova Rusiyaya rəsmi səfərə dəvət edildi

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi