Modern.az

Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib

Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib

Aktual

26 Sentyabr 2022, 17:44

“Rusiyalıların bir çoxu Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit olaraq istifadə edirlər”.

 

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan DİN-in nümayəndəsi Adil Sarsenov bildirib.

 

Onun sözlərinə görə, son günlər ərzində Qazaxıstanı 40 min rusiyalı tərk edib. Məlumatda, həmçinin qeyd olunub ki, minlərlə şəxs Qazaxıstan vasitəsilə Qırğızıstan və Özbəkistana gedib. 

 

Bununla yanaşı, Qazaxıstanın əmək naziri Tamara Duysenova bildirib ki, cari ilin əvvəlindən Rusiyadan Qazaxıstana 260 mindən çox insan gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi