Modern.az

Zakir Həsənov şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

Zakir Həsənov şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

27 Sentyabr 2022, 08:57

Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

 

Modern.az xəbər verir ki, nazirliyin rəhbər şəxsləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi