Modern.az

Təcili yardımla bağlı YENİLİK - Ölüm halları azalacaq

Təcili yardımla bağlı YENİLİK - Ölüm halları azalacaq

Aktual

28 Sentyabr 2022, 11:44

Quba rayonunda təcili tibbi yardım maşınlarına quraşdırılmış videomüşahidə əsasında xəstələrə anında yardım etmək mümkün olacaq. 

 

Bu barədə Modern.az-a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov məlumat verib. 

 

O söyləyib ki, pilot layihə ilk dəfə Qubada tətbiq edilib:


"Hazırda iki təcili tibbi yardım maşınına kamera quraşdırılıb. Bu, imkan verir ki, xəstənin profilinə uyğun olaraq xəstəxanada olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o ən yaxın tibb mərkəzinə çatdırılır".

 

Ə.Sərvarov qeyd edib ki, layihə artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilib: 

 

"Layihə uğurlu olarsa, respublika üzrə bunun tətbiqi nəzərdə tutulur. Bu, ölüm hallarının azalmasına səbəb olacaq. Məsələn, layihənin tətbiqinə başlanandan Qubada ölüm hallarında kifayət qədər azalma müşahidə olunur".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi