Modern.az

Səfir Tehranın sülh təklifini Azərbaycana ÇATDIRDI

Səfir Tehranın sülh təklifini Azərbaycana ÇATDIRDI

Aktual

28 Sentyabr 2022, 13:16

"Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır". 

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.

 

“İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər, 3+3 regional təşəbbüsü vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır",- diplomat bildirib. 

 

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı proseslərdə İranın mövqeyini müzakirə ediblər.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?