Modern.az

Vətən müharibəsinin hər anı tariximizin şərəfli səhifəsidir

Vətən müharibəsinin hər anı tariximizin şərəfli səhifəsidir

Aktual

28 Sentyabr 2022, 13:04

"44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir və illər keçdikcə əldə olunan Zəfərin xalqımızın qarşısında açdığı üfüqlər daha aydın görünəcək".

 

Bu sözləri Prezident İlham Əliyevin Füzuli rayonundakı çıxışını Modern.az saytına açıqlamasında şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib. 

 

Azər Kərimli qeyd edib ki, 44 gün ərzində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək, lideriylə, ordusuyla birlikdə Dəmir Yumruğa çevrilərək düşmənin başını əzdi və 30 ilə yaxın davan edən ədalətsizliyə, haqsızlığa son qoydu:

 

“Prezident İlham Əliyev öz çıxışında milli həmrəyliyin Azərbaycan xalqının güc mənbəyi olduğunu, bütün xalqımızın Vətən müharibəsində birlik, iradə göstərdiyini bildirdi. Bu, əlbəttə ki, belədir. Amma bu birliyi təmin edən, xalqın iradəsini Azərbaycan Ordusunun timsalında gücə çevirən də, şübhəsiz ki, Prezidentimiz, onun dəmir iradəsi, iti zəkası, prinsipial mövqeyi, milli maraqlarımızı qorumaq məharəti idi”.  

 

Depiutat bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir qürurlu, vətənsevər azərbaycanlının Zəfərimizlə, milli birliyimizlə fəxr etdiyini bildirib:

 

“Bu gün Azərbaycan xalqı Zəfərin bəxş etdiyi yüksək mənəvi güclə işğalçıların uzun illər boyu viran qoyduğu yaşayış məntəqələrimizi bərpa edir, qurub yaradır və qurucu, yaradıcı, zəhmətsevər, yüksək dəyərlərə malik bir xalq olduğunu bütün dünyaya nümayiş etdirir”. 

 

44 gün ərzində Azərbaycan Ordusunun düşmənin uzun illərdən bəri xarici himayədarlarının dəstəyi ilə qurduğu istehkamları darmadağın etdiyini, duyanmadan, durmadan, usanmadan, tərəddüd etmədən irəli getdiyini bildirən millət vəkili, İkinci Qarabağ müharibəsinin hər anının tariximizin şərəfli bir səhifəsi olduğunu qeyd edib:

 

“Uzun illərdən bəri haqqında “məğlubedilməz” mifi formalaşdırılan Ermənistan ordusunun əsgər və zabitləri, əli Azərbaycan xalqının qanına bulaşmış müharibə caniləri 44 gün ərzində ordumuzun rəşadətli əsgər və zabitlərinin qarşısından qaçır, mövqelərini tərk edir, tarixdə görülməmiş qorxaqlıq, fərarilik nümayiş etdirirdilər. Azərbaycan əsgərinin çəkmələrinin səsi belə düşməni vahiməyə salırdı. İndisə dövlətimiz və xalqımız qəhrəman igidlərimizin addım-addım, qarış-qarış azad etdiyi torpaqlarımızda xarüqələr yaradır. Əsgər çəkmələrinin izində yeni evlər tikilir, yollar salınır, körpülər çəkilir və əsarətdən əziz şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarımıza həyat qayıdır”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI