Modern.az

Azərbaycanda ov mövsümü başlayır

Azərbaycanda ov mövsümü başlayır

Aktual

28 Sentyabr 2022, 16:04

Azərbaycanda yaxın günlərdə ov mövsümünə start veriləcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin sosial şəbəkə hesabında canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.

 

F. Əliyev qeyd edib ki, ov mövsümünün oktyabrın əvvəlində başlanması nəzərdə tutulur: "Əsasən, quşların ovu üçün icazə veriləcək".

 

Qeyd edək ki, adəti üzrə ov mövsümünə sentyabr ayının əvvəlindən başlanılsa da, bu il yay aylarında meşə yanğınlarının baş verməsi ilə əlaqədar ova icazənin verilməsi ləngidilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI