“Fərdi şəkildə ovçuluq təsərrüfatının yaradılması haqqında pilot layihələrə başlanacaq".
Modern.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin feysbuk hesabında canlı yayımlanan "Ekspert saatı"nda məlumat verib.
F. Əliyev qeyd edib ki, layihə çərçivəsində fərdi sahibkarlara ovçuluq təsərrüfatının yaradılması üçün icazə veriləcək:
"Bəzi ovçuluq təsərrüfatlarının fərdi qaydada sahibkarlıq qismində idarə olunması və orada infrastrukturun yaxşılaşdırılması, heyvan növlərinin artırılması nəzərdə tutulur. Bu pilot layihənin tərkib hissəsi olaraq ovçuluq lisenziyalarının da həmin təsərrüfatlarda verilməsi gündəmdir".