Modern.az

Deputat səfirlə görüşüb - FOTO

Deputat səfirlə görüşüb - FOTO

Aktual

29 Sentyabr 2022, 10:52

Milli Məclisin deputatı, Azərbaycan-Küveyt parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Abdullah Almauid ilə görüşüb.

 

Modern.az xəbər verir ki, deputat Abdullah Məhəmməd Abdullah Almauidini Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik etmiş,ona fəaliyyətində uğurlar arzulayıb.

 

Maraqlı və faydalı keçən görüşdə iki dövlətin parlamentlərinin dostluq qruplarının fəaliyyəti və gələcək planları barəsində ətraflı fikir mübadiləsi aparılıb. Məmnunluqla qeyd olunub ki, iki dövlət arasında təyyarə reysləri bərpa olunub və mütəmadi daşımalar həyata keçirilir.

 

İki dövlətin parlamentləri arasında faydalı əlaqələrin və səfərlərin intensivləşdirilməsi məsələsi də müzakirə mövzusu olub. Küveyt Dövlətinin səfiri ölkə prezidenti İlham Əliyev ilə görüşünü yüksək və baş tutan söhbəti faydalı qiymətləndirib. İki dövlət arasında, siyasi, iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi, iş adamları və investorlar üçün münbit şəraitin yaradılması, əlaqələrin mütəmadi olması, investisiya qoyuluşu məsələsinin daha da təkmilləşdirilməsi barəsində fikirlər səsləndirilib. Qarabağ probleminin həll edilməsində diplomatik səylərin daha da genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

 

Azərbaycan-Küveyt parlamentlər arası əlaqələr üzrə işçi qrupu ilə belə görüşlərin vaxtaşırı keçirilməsi barəsində razılığa gəlinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI