Modern.az

Sənan məhkəmə yolu ilə “şəhid ailəsinin üzvü” statusu ala bilər - Hüquqşünas

Sənan məhkəmə yolu ilə “şəhid ailəsinin üzvü” statusu ala bilər - Hüquqşünas

Aktual

29 Sentyabr 2022, 13:58

"Şəhid olan şəxsin ailəsi, onun ata-anası, həyat yoldaşı, övladı, himayəsində olan şəxslər və internatda böyüyübsə, yetkinlik yaşına çatmayan şəxslərdirsə, ailə üzvü sayılırlar. Amma yetkinlik yaşına çatmış bacı və qardaşlar ailə üzvü statusunda deyillər".


Bunu Modern.az-a hüquqşünas Əliməmməd Nuriyev gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “şəhid ailəsinin üzvü” kimi tanınmaması məsələsindən danışarkən deyib.

O, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “şəhid ailəsinin üzvü” statusu almamasının hüquqi əsaslarınıbelə  izah edib:


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı verdiyi şərh qanunvericiliyə uyğundur. Amma bu məsələ məhkəmə qaydasında mühakimələndirilə bilər. Qanun haqqa, ədalətə söykənməlidir. Məhkəmə qanundakı problemi həll edə bilər. Nəzərə almaq lazımdır ki, şəhidimizin başqa varisi yoxdur, ailəsi yoxdur, ata-anası yoxdur. Şəhidimizin qardaşı məhkəmə qaydası ilə bunu mübahisələndirə bilər. Şəhidin ailəsinə çatan sığorta, təqaüd də məhkəmə qərarı ilə müvafiq şəxsə verilə bilər".


Əliməmməd Nuriyev qeyd edib ki, şəhidin ailə və qohumluq durumu nəzərə alınaraq, onun qardaşına yardım edilə bilər:


"Birinci xanım Mehriban Əliyeva uşaq evlərində, internatlarda böyüyən şəxslərə hər zaman xüsusi qayğı ilə yanaşır. Bizim imkanlı şəxslər, biznesmenlər də bu kateqoriyadan olan insanlara zaman-zaman dəstək olurlar. Mən hesab edirəm ki, ailəli olduğunu, körpə övladını, həmçinin şəhid qardaşı olduğuna görə Sənan Əhmədovun sosial və mənzil təminatının yaxşılaşdırılması üçün addım atıla bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI