Modern.az

Heydər Əliyev İli başqa ölkələrdə də qeyd edilməlidir

“Heydər Əliyev İli” başqa ölkələrdə də qeyd edilməlidir

Aktual

30 Sentyabr 2022, 08:45

"Mən Prezidentimizə təşəkkür edirəm ki, 2023-cü ili "Heydər Əliyev İli" elan etdi". 

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputat Eldar İbrahimov deyib. O xatırladıb ki, gələn il ulu öndərin 100 illiyi tamam olur:

 

"Təbii ki, Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxs olub. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirdi. 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra burada dirçəlişə çalışdı və Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşını aldı. Biz Heydər Əliyevin hesabına Naxçıvanı əldə saxladıq, qonşu ölkələrdən - İrandan və Türkiyədən gələn yardım hesabına ayaqda qaldıq. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi".

 

Deputat qeyd edib ki, "Heydər Əliyev İli"nin dünyanın müxtəlif ölkələrində də qeyd edilməsinə çalışmalıyıq:

 

"Xüsusilə, postsovet ölkələrində müxtəlif tədbirlərin keçirilməsinə nail olmalıyıq. Keçmiş sovet məkanında Heydər Əliyevi sevirlər. Mən əminəm ki, bizim keçirəcəyimiz tədbirlərə maraq böyük olacaq. İstənilən halda, çox vacib məsələdir ki, 2023-cü ildə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq. Bir daha sübut olunacaq ki, Azərbaycan xalqı necə böyük xalqdır, dünyada tanınmış siyasi xadim yetişdirib".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI