Modern.az

“Biləcəri daş bazarı”nda ÖLÜM 

“Biləcəri daş bazarı”nda ÖLÜM 

30 Sentyabr 2022, 09:36

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat  daxil olub.

 

Binəqədi rayon prokurorluğunun məlumatından Modern.az-a verilən məlumata görə, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır