Modern.az

Deputatlara ən çox müraciət alimentlə bağlıdır - Komitə sədri

Deputatlara ən çox müraciət alimentlə bağlıdır - Komitə sədri

Aktual

30 Sentyabr 2022, 11:32

“Hər bir deputata ailə məsələləri ailə bağlı daxil olan müraciətlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır”.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, məsələ hansısa şəkildə həll edilməlidir:

 

“Aliment fondu olmalıdır ki, alimenti dövlət şəxsin əvəzinə versin. Sonra isə həmin şəxs tapılsın və dövlətə borcunu ödəsin. Mən xahiş edirəm ki, aidiyyəti komitələr vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi haqqında işləri nəzarətə alsınlar. Bir adamın imkanı olsa, heç aliment istəməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI