Modern.az

Aktiv xəstə sayı 800-ə DÜŞDÜ

Aktiv xəstə sayı 800-ə DÜŞDÜ

1 Oktyabr 2022, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən xəbərə görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 821532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 810730 nəfər müalicə olunaraq sağalıb, 9919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2656, hazırkı dövrədək isə 7252623 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir