Modern.az

Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü

Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü

1 Oktyabr 2022, 21:24

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhədə yaxın yerləşən hərbi hissələrindən birində hərbi qulluqçu cəsədi tapılıb.

 

Modern.az bildirir ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

 

İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində hərbi hissənin döyüş mövqeyində xidmət edən erməni əsgər ayaq səslərini eşidərək, ona yaxınlaşan şəxsin Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi olduğunu zənn edib. 

 

Erməni əsgər “AKM” tipli avtomatdan atəş açaraq, onu öldürüb. Məlum olub ki, ölən şəxs Ermənistan ordusunun hərbçisi, 19 yaşlı Qraçya Kərəmyandır.

 

Faktla əlaqədar xidmət yoldaşını öldürən hərbi qulluqçu həbs edilib. Araşdırma başladılıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu