Modern.az

Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB

Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB

Aktual

2 Oktyabr 2022, 11:10

İndoneziyanın Malanq şəhərində futbol matçında baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.

 

Bildirilib ki, iğtişaşlar zamanı 100-dən çox insan isə yaralanıb.

 

***

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar faciə ilə nəticələnib.

 

Modern.az xəbər verir ki, toqquşmalar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

 

İğtişaş “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb. Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub.

 

Ölənlər arasında iki polis əməkdaşı da var.

 

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü