Modern.az

Bolqarıstanda seçki başladı

Bolqarıstanda seçki başladı

2 Oktyabr 2022, 10:07

Bolqarıstanda bu gün Milli Assambleyaya, yəni birpalatalı parlamentə deputatların növbədənkənar seçkiləri başlayıb.

 

Modern.az xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 08:00 - Red.) ölkədə təxminən 13 min seçki məntəqəsi açılıb.

 

Bildirilir ki, gün ərzində təxminən 6,7 milyon insan saat 20:00-a kimi səs verəcək.

 

Əksər məntəqələrdə xüsusi səsvermə aparatları quraşdırılıb. Xaricdə Bolqarıstan vətəndaşları üçün 62 ölkədə 750-yə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

 

Parlamentdəki 240 yer uğrunda 22 partiya və altı koalisiyanı təmsil edən 6 624 namizəd mübarizə aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir