Modern.az

İran dronları Ukraynada məhv edildi 

İran dronları Ukraynada məhv edildi 

Aktual

2 Oktyabr 2022, 11:08

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən komikadzde dronları məhv etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronu Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumatı təsdiqləyib.

 

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücuma keçiblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır